Milli fəal Yunis Quluzadə həbs cəzasının icrası üçün zindana gedib

Milli fəal Yunis Quluzadə həbs cəzasının icrası üçün zindana gedib

Məlumata görə, İran həbsxanalarında koronavirusun geniş yayılmasına baxmayaraq Quluzadə iyunun 1-də Təbriz Mərkəzi Zindanına aparılıb.
Qeyd edək ki, Təbrizin Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi Quluzadəni “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbs cəzasına məhkum edib.
Quluzadə daha öncə Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “milli təhlükəsizliyi pozmaq” və “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamları ilə 6 ay həbs cəzasına məhkum edilmişdi.
O, 2019-ci il aprelin 24-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Fəta (interneti kontrol edən polis) təcridxanasına aparılmışdı.
Quluzadə saxlanıldıqdan bir gün sonra 50 milyon tümən dəyərində mülki vəsiqə girov qoyaraq müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Mənbə: davam.az