Ermənistanda bir gündə 19 nəfər koronavirusdan öldü

Ermənistanda bir gündə 19 nəfər koronavirusdan öldü

Ermənistanda yenidən koronavirus yoluxmuş xəstələrin ölüm sayında anti-rekord qeydə alınıb. Gün ərzində 19 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qadınlar – 50, 60, 61, 74, 81 və 86 yaşlarında, kişilər – 53, 57, 58, 63, 64, iki 69, iki 75, 79, iki 80 və 82 yaşlarında vəfat ediblər.

Mərhumların hamısının yoluxucu xroniki xəstəlikləri olub.

Beləliklə, ölkədə 158 nəfər koronavirusdan ölüb, daha 56 digər xəstəliklərə görə dünyasını dəyişib.

Qeyd etmək lazımdır ki, 2 iyun tarixinə Ermənistanda aşkar edilmiş COVID-19 yoluxma hadisələrinin sayı 517 hal artaraq 10 009-a çatdı. Gün ərzində cəmi 25 nəfər sağaldı, sağalanların ümumi sayı 3 427 nəfər oldu.

Hazırda ümumilikdə 6368 nəfər müalicə olunur. Ölkədə 59 917 test keçirilib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az