Rusiyada bir gündə 182 nəfər koronavirusdan öldü

Rusiyada bir gündə 182 nəfər koronavirusdan öldü

Rusiyada 8,863 yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib, ümumilikdə bu rəqəm 423,741 olub.

KONKRET.az xəbər verir ki, bu haqda Rusiyada koronavirusun yayılması ilə mübarizə üzrə əməliyyat qərargahında jurnalistlərə məlumat verilib.

Qeyd olunur ki, Rusiyada bir gündə 182 nəfər COVID-19 ilə həyatını itirib. Ümumi ölüm sayı isə 5037 təşkil edib.

Ölkənin 84 bölgəsində bir gündə 8,863 yeni xəstəlik hadisəsinin təsdiq olunduğu bildirilir.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uhanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan etdi. Xəstəliyin törədicisi, rəsmi adı COVID-2019 olan koronavirusun yeni bir növüdür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada yeni bir növ koronavirusun vəba xəstəliyini bildirdi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az