Çində ayyarım sonra koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Çində ayyarım sonra koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Çinin Vuhan vilayətində 4 ay koronavirusla mübarizə aparan həkim COVID-19 səbəbilə ölüb.

Yenisabah.az xəbər verir ki, həkim Hyu Veyfenq çalışdığı Vuhan Mərkəzi Xəstəxanasında müalicə alıb. Onun ölümü sabahdan etibarən rəsmi statistikaya daxil ediləcək.

Bildirək ki, Çində aprelin 17-dən bəri koronavirus səbəbli ölüm hadisəsi baş verməyib. Çinin Milli Səhiyyə Komissiyasından verilən məlumata görə, Çində bugünədək 83 min 22 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb, 4 min 634 nəfər isə virus səbəbilə ölüb. Virus daşıyıcılarından 78 min 315 nəfər müalicə alaraq sağalıb, 73 xəstə isə hazırda müalicəni davam etdirir.

Mənbə: yenisabah.az