ABŞ-da sürücü avtomobili polislərin üstünə sürdü: İki nəfər ağır yaralandı - VİDEO

ABŞ-da sürücü avtomobili polislərin üstünə sürdü: İki nəfər ağır yaralandı - VİDEO

ABŞ-da iğtişaşlarda iştirak edən sürücü avtomobili ilə polis əməkdaşlarını vuraraq, hadisə yerindən uzaqlaşıb.

“The New York Post” nəşri yazır ki, insident Nyu-York ştatının Buffalo şəhərində qeydə alınıb.

Yerli informasiya agentlikləri xəbər verir ki, hadisə zamanı iki polis ağır xəsarət alıb.

Polislər sürücünü saxlayaraq, cinayət məsuliyyətinə cəlb ediblər.

 

Mənbə: www.oxu.az