İstanbul polisi xüsusi əməliyyat keçirib

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda polis FETÖ terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 118 nəfər saxlanılıb.

Saxlananlar arasında ehtiyatda olan zabitlər də var.

Qeyd olunur ki, saxlanan şəxslər FETÖ üzvləri ilə sıx əlaqədə olub.

Əməliyyatların Türkiyənin digər şəhərlərində də keçiriləcəyi istisna olunmur.

Xatırladaq ki, Fətullah Gülən və onun tərəfdarları 2016-cı ilin iyulunda Türkiyədə çevriliş cəhdində ittiham olunur.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur boksçu Corc Floydun dəfn xərcini üzərinə götürdü

SONRAKI XƏBƏR

Meyxanaçı onları BİABIR ETDİ: "Kişi bunu etməz" - VİDEO