Anasını yatan yerdə bıçaqladı, 3 gün mənzildə meyiti ilə yaşadı

Anasını yatan yerdə bıçaqladı, 3 gün mənzildə meyiti ilə yaşadı

Rusiyanın Peterburq şəhərində dəhşətli qətl hadisəsi baş verib.

BiG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, 19 yaşlı oğlan anasını kirayə qaldıqları evdə, yatan yerdə bıçaqlayıb.

Hadisə mayın 29-na keçən gecə baş verib.

Aldığı xəsarətlərdən hadisə yerində keçinən qadının meyiti üç gün sonra aşkarlanıb.

Cinayətkar polis tərəfindən saxlanılıb. İstintaq davam edir.

Daha öncə yayılan məlumata əsasən, Voronej bölgəsində yeniyetmə onunla intim münsibətdə olmaqdan imtina edən 9 yaşlı qızı öldürüb.

 

Mənbə: big.az