Antiterror əməliyyatı zamanı İraq ordusunun iki hərbi qulluqçusu ölüb

Antiterror əməliyyatı zamanı İraq ordusunun iki hərbi qulluqçusu ölüb

İraqda Mosuldan 100 kilometr cənub-şərqdə yerləşən Mahmour şəhəri yaxınlığında antiterror əməliyyatları apararkən İraq ordusunun hərbi qulluqçularının yaxınlığında kustar üsullarla hazırlanmış partlayıcı qurğu partlayıb. Ordu.az xəbər verir ki, bu barədə İraq ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində iki hərbi qulluqçusu ölüb.

Partlayıcının İŞİD terrorçuları tərəfindən yerləşdirildiyi ehtimal olunur.

Qeyd olunur ki, terrorçular İraqda baş verən etiraz aksiyalarından, hökumət böhranından və koronavirus pandemiyasından sonra aktivləşməyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az