Bu ölkədə koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır

Bu ölkədə koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır

Braziliyada son gün ərzində daha 623 nəfər koronavirusdan ölüb.

Cebhe.info xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 937-ə çatıb. Eyni zamanda son 24 saatda 12 247 yeni yoluxma faktı aşkarlanıb. Beləliklə, Braziliyada COVID-19-a yoluxanların sayı 526 447-ə yüksəlib.

Qeyd edək ki, Cənubi Amerikada koronavirusun ən geniş yayıldığı ölkə Braziliyadır.

Cebhe.info

Mənbə: cebhe.info