Braziliyada koronavirus qurbanlarının sayı 30 minə çatır

Braziliyada koronavirus qurbanlarının sayı 30 minə çatır

Braziliya və Meksikada koronavirus can almağa davam edir.

Yenisabah.az xəbər verir ki, son sutka ərzində Braziliyada 623, Meksikada isə 237 nəfər COVİD-19 səbəbilə ölüb. Bildirək ki, bugünədək Braziliyada 29 min 937 nəfər, Meksikada isə 10 min 167 nəfər həyatını itirib.

Yoluxanların sayı isə hər iki ölkədə olduqca çoxdur. Belə ki, Braziliyada 24 saat ərzində 12 min 247 nəfər virusa yoluxub və say 526 min 447 nəfərə çatıb. Meksikada isə 2 771 yeni fakt aşkarlanıb və ümumi say 93 min 435 olub.

Mənbə: yenisabah.az