Trampın "Şöhrət xiyabanı"ndakı ulduzunu dağıtdılar

Trampın "Şöhrət xiyabanı"ndakı ulduzunu dağıtdılar

ABŞ prezidenti Donald Trampın Hollivud bulvarında yerləşən "Şöhrət Xiyabanı"ndakı (Hollywood Walk of Fame) ulduzu naməlum insanlar tərəfindən dağıdılıb.

Primetime.az xəbər verir ki, bu barədə "Musiqi Biznesi Akademiyası" (Academy Music Business) "Twitter" hesabında məlumat verib. Sözügedən hadisənin hansı səbəbdən dolayı baş verdiyi bilinməsə də, bunun polis tərəfindən qətlə yetirilən qaradərili Corc Floydun ölümündən sonra baş verən etiraz aksiyaları ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, bu ABŞ-ın 45-ci prezindenti Donald Trampın şərəfinə 2007-ci ildə "Şöhrət Xiyabanı"nda ulduz qoyulub.

Mənbə: primetime.az