Afrikada koronavirusa yoluxanların sayı 150 mini keçdi

Afrikada koronavirusa yoluxanların sayı 150 mini keçdi

Afrika qitəsində koronavirusa yoluxanların sayı sürətlə artmaqdadır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, COVİD-19-a “qara qitə”də yoluxanların sayı 150 mini keçib. Onlardan 4,2 min nəfəri keçinib.

Ümumdünya Səhiyyə Təşkilatı Afrikada ən çox yoluxmanın Cənubi Afrika Respublikası, Misir və Ləcəzairdə qeydə alındığını bildirib.

Mənbə: modern.az