Qadın sürcü “Niva”nın qarşısını kəsib təpiklədi - VİDEO

Qadın sürcü “Niva”nın qarşısını kəsib təpiklədi - VİDEO

Qadın sürcü “Niva” markalı avtomobilin önünü kəsib və onu təpikləməyə başlayıb.
YPX.AZ xəbər verir ki, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib.
Belə ki, qadın sürücü “Mitsubishi” markalı avtomobil ilə yolun sol kənar zolağında hərəkət edən “Niva” markalı avtomobilin qarşısını kəsib və avtomobilindən enərək qışqırmağa, “Niva” markalı avtomobili təpikləməyə başlayıb.
Qeyd edək ki, hadisənin təfərrüatları məlum deyil və hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Həmin görüntüləri sizlərə təqdim edirik:

Mənbə: ypx.az