Sumqayıtda 82 yaşlı kişi koronavirusdan ölüb? - AÇIQLAMA

Sumqayıtda 82 yaşlı kişi koronavirusdan ölüb? - AÇIQLAMA

Sumqayıtda82 yaşlı kişi xəstəxanada ölüb.

Xeberle.com-un məlumatına görə, 1 nömrəli Sumqayıt şəhər xəstəxanasınınYoluxucu xəstəliklər şöbəsində qeydə alınıb. Belə ki, xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü E. B. aparılan müalicə tədbirlərinə baxmayaraq dünyasınıdəyişib.

1 nömrəli Sumqayıt şəhər xəstəxanasının baş həkimi NazimHüseynquliyev Xeberle.com-a açıqlamasında faktı təsdiqləyib. O, ölən şəxsin ağciyər pnevmoniyasından dünyasını dəyişdiyini və koronavirus testinin də pozitiv çıxdığını bildirib.

Xədicə Səxavətqızı

Mənbə: xeberle.com