ABŞ-da 60-da çox jurnalist zorakılığa məruz qalıb

ABŞ-da 60-da çox jurnalist zorakılığa məruz qalıb

ABŞ-da mayın 24-də Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlarda jurnalistlər şiddətə məruz qalıb.

Cebhe.info xəbər verir ki, bu haqda Jurnalistlər Dərnəyi məlumat paylaşıb.

Açıqlamaya görə, Minneapolis şəhərində baş verən protestolarda 60-da çox müxbir hədəf alınıb.

"MSNBC" müxbirlərindən Ali Velşi komandası ilə birgə plastik mərmilərlə vurulduqdan sonra polisin onların mətbuatdan olduğunu bilmədiklərinə inanmaq istədiyini, lakin ikinci dəfə vurulduqda polisin bunu bildiyini qeyd edib.

Polis tərəfindən ayağından vurulan Velşi "Əllərimizi qaldırıb mətbuatdan olduğumuzu bağırdıq, lakin polis vecimizə deyil, deyə cavab verdi və ikinci dəfə atəş açdılar".

Cümə günü “CNN” xəbər komandasının etirazlar zamanı tutulmasından sonra Minnesota valisi Tim Voltzun jurnalistlərə müdaxilə edilməyəcəyinə dair söz verdiyi açıqlamadan sonra Velşi və komandasının məruz qaldığı vəziyyətin baş verdiyi bildirilib. Digər tərəfdən, ötən gün etirazlarla bağlı şəkillər çəkmək istəyərkən bir jurnalist polisin atdığı mərmi ilə gözünü itirib.

Mənbə: cebhe.info