Gənc oğlanı döyüb xəstəxanalıq etdi

Gənc oğlanı döyüb xəstəxanalıq etdi

Bərdə rayonunda 27 yaşlı oğlanı küt alətlə döyüblər.
YPX.AZ-ın Qarabağ üzrə bölgə müxbirinin bildirdiyinə görə, hadisə Molagülər kəndində baş verib.
Belə ki, həmin kənd sakini 1993-cü il təvəllüdlü Mayilzdə Xəyam Merali oğlu hələki adı məlum olmayan şəxis tərəfindən küt alətlə bədənin baş nahiyəsindən bir neçə zərba alıb. O, yaxında olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər onun ağır kəllə-bəyin travması aldığı bildirib. Onun yaraları tikilərək Palataya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: ypx.az