Afrikada koronavirusa yoluxma halları çoxalır

Afrikada koronavirusa yoluxma halları çoxalır

Afrika ölkələrində COVID-19 virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 150 mini ötdü.

“Report” xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının regiondakı nümayəndəliyi “Twitter” səhifəsindən bildirib.

Məlumata görə regionda indiyədək koronavirusdan 4 200 nəfərdən artıq ölüb, 63 mindən artıq da sağalan var.

Mənbə: report.az