ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb

ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb

ABŞ-ın Missouri ştatının ən böyük şəhəri olan Sent-Luisdə etirazlar zamanı atışma baş verib. Yaralananlar var.

İnterAz xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-da qaradərili vətəndaş Corc Floydun polis zorakılığı nəticəsində ölməsindən sonra baş qaldıran etirazlar, iğtişaşlar və toqquşmalar davam edir. Artıq bu etirazlar 6-cı günə daxil olub.

Məlumata görə Missouri ştatının böyük şəhəri Sent-Luisdə etirazlar zamanı atışma baş verib.

Atışma nəticəsində 4 polisin yaralandığı deyilir.

Las-Veqas şəhəri də atışmaların şahidi olub. Burada bir polisin ağır yaralandığı deyilir.

Qeyd edək ki, ABŞ-ın azı 140 şəhərində komendant saatı elan edilib.

Mənbə: www.interaztv.com