Ehsan Zahidovdan metrodakı insidentlə bağlı AÇIQLAMA

Ehsan Zahidovdan metrodakı insidentlə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb. Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Paylaşım edən şəxs hadisənin ötən gün "Qara Qarayev" stansiyasında baş verdiyini qeyd edib. İddiaya görə, metronun "Qara Qarayev" stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaranıb.

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Sonxeber.az-a açıqlama verib.

O, bildirib ki, maska taxmadığına görə polis əməkdaşları həmin gəncə iradını bildirib və tələb ediblər ki, maskasız qatara daxil olmaq olmaz:

"Həmin gənc də müxtəlif bəhanələr gətirərək polisin qanuni əmrinə, göstərişinə tabe olmamağa cəhd edib. Polis əməkdaşları da onu müvafiq olaraq qatardan düşürdüb barəsində inzibati xətalar məcəlləsinə müvafiq olaraq tədbir görüblər.

Belə hallar çox nadir hallarda olur. Vətəndaşlarımız polisin qanuni tələblərinə və və karantin rejiminə əməl edir. Əməl etməyənlər barəsində də inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görülür".

 

Mənbə: big.az