İndoneziyada koronavirusa yoluxanların sayı 27 min 500 nəfəri keçib

İndoneziyada koronavirusa yoluxanların sayı 27 min 500 nəfəri keçib

Tokio, 2 iyun, AZƏRTAC

İndoneziyada koronavirusa yoluxanların ümumi sayı 27 min 500 nəfəri ötüb, 1600-dən çoxu isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 2-də İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, indiyədək ölkədə 27 min 549 nəfər koronavirusa yoluxub. Onlardan 1663 nəfəri ölüb.

Əlavə olaraq qeyd edilir ki, COVID-19 koronavirusundan sağalanların ümumi sayı 7 min 935 nəfər təşkil edib.

Mənbə: azertag.az