Mayda evlənmək istəyən 32 nəfərdə sifilis aşkarlandı

Mayda evlənmək istəyən 32 nəfərdə sifilis aşkarlandı

2020-ci ilin may ayında evlənmək istəyən 5979 nəfər tibbi müayinədən keçib. Onlardan 182 nəfərdə talassemiya daşıyıcılığı, 32 nəfərdə isə sifilis aşkarlanıb.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, evlənmək üçün müayinədən keçən 10 nəfərdə HİV müəyyən edilib. Bundan əlavə, 2 cütlükdə tassemiya daşıyıcılığı aşkarlanıb.

Aytən Zəhra
Azvision.az
 

Mənbə: azvision.az