İranda koronavirusa yoluxanların sayında artım müşahidə olunur

İranda koronavirusa yoluxanların sayında artım müşahidə olunur

Tehran, 2 iyun, AZƏRTAC

İranda koronavirusa yoluxanların sayında artım müşahidə edilib. Son sutka ərzində İranda 3117 nəfər koronavirusa yoluxub, 64 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. Onun sözlərinə görə, bu günə kimi İranda 157 min 562 nəfər virusa yoluxub, 7 min 942 nəfər isə həyatını itirib. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 123 min 77 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 562 nəfərin vəziyyəti ağır olaraq qalır.

İranın Səhiyyə nazirinin müavini Qasım Canbabayi bildirib ki, bu gün ölkədə koronavirusun diaqnostikası üçün 150 laboratoriya fəaliyyət göstərir. Yaxın günlərdə əlavə laboratoriyalar da istifadəyə veriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az