İspaniyada ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

İspaniyada ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

Bakı. Trend:

İspaniyada yeni növ koronavirusa daha 137 nəfər yoluxub.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı təxminən 240 min nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb.

Mənbə: az.trend.az