Kanadada koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb

Kanadada koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb

Kanadada yeni növ koronavirusa yoluxanların sayı 92 151 nəfərə, koronavirusdan ölənlərin sayı isə 7 344 nəfərə çatıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son iki həftə ərzində Kanadada koronavirusa yoluxanların sayı 20 mindən çox, koronavirusdan ölənlərin sayı isı 2 mindən çox artıb.

Bildirilir ki, ən çox yoluxma halları Kvebek, Ontario, Alberta və Britaniya Kolumbiyası əyalətlərində qeydə alınıb.

Qeyd edilir ki, ölkədə 1 721 000 test aparılıb, onlardan 1,6 milyondan çoxunun nəticəsi mənfi olub.

Mənbə: az.trend.az