ABŞ-da helikopter qəzaya uğrayıb

ABŞ-da helikopter qəzaya uğrayıb

ABŞ-ın Feyrfild (Kaliforniya ştatı) helikopter qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, "Bell 206" mülki helikopteri avtomobil yolunun yaxınlığında qəzaya uğrayıb və alışıb.

Bildirilir ki, helikopterdə 3 nəfər olub. Qəza nəticəsində ölənlər və yaralananlar barədə hələki məlumat yoxdur.

Hadisə yerində xilasedicilər işləyir, qəzanın səbəbi məlum deyil.

Mənbə: az.trend.az