Mərkəzi küçələrdə izdiham var, amma maskadan istifadə yoxdur - VİDEO

Mərkəzi küçələrdə izdiham var, amma maskadan istifadə yoxdur - VİDEO

“Maska da yoxdur, sosial məsafə də”.

Bakıda bu gün bu başlıqlı mənzərə hökm sürürdü. İnsanlar ya virusa inanmır, ya da maska taxmaqdan imtina edirlər. Nəzərə alaq ki, xüsusən mərkəzi yerlərdə yumşalmalardan sonra kifayət qədər insan sıxlığı yaşanır. Bulvarda da vəziyyət eynidir. Tibbi maskadan istifadə edənlərin sayı barmaqla sayılacaq qədərdir.

Bəs sıxlığın çox olduğu ictimai yerlərdə sadəcə tibbi maska taxaraq, sosial məsafəyə diqqət etmədən qorunmaq mümkündürmü?

Görünən odur ki, problemin çıxış yolu maska taxmayanlara cərimələrin yazılmasıyla həll oluncaq. Artıq Milli Məclis minimum 50 manatlıq cərimə barədə qərar qəbul edib. Tezliklə bu qərarın icrasına başlanılacaq.

Mənbə: www.oxu.az