Vaşinqtonda keçirilən etiraz aksiyalarında 300-dən çox iğtişaşçı həbs edilib

Vaşinqtonda keçirilən etiraz aksiyalarında 300-dən çox iğtişaşçı həbs edilib

Afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq Vaşinqtonda keçirilən aksiyada 300-dən çox iğtişaşçı polis tərəfindən həbs edilib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu paytaxtın Polis İdarəsinin rəisi Peter Nyuşem deyib.

O, həbslərə səbəb kimi iğtişaşçıların komendant saatı qaydalarını pozmasını və qarətləri göstərib.

Polis rəisi əlavə edib ki, etiraz aksiyalarının yatırılması zamanı iki polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında 4 gündür etiraz aksiyaları davam edir. Hadisə ilə bağlı artıq 4 polis işdən çıxarılıb, onlardan biri saxlanılıb.

Mənbə: apa.az