İranda bir gündə 3 min insan koronaya yoluxdu

İranda bir gündə 3 min insan koronaya yoluxdu

İranda gün ərzində daha 64 nəfər koronavirusdan həyatını itirib.

Axar.az xəbər verir ki, “Vörldometers” portalı məlumat yayıb.

Cənub qonşumuzda COVİD-19 virusundan ölənlərin ümumi sayı 7 min 942-yə çatıb.

Bir gün ərzində İranda 3117 nəfər koronaya yoluxub. Hazırda İranda 157 min 562 nəfər koronaviruslu xəstə var.

Mənbə: axar.az