Göyçayda kollec ərazisində yanğın olub - Fotolar

Göyçayda kollec ərazisində yanğın olub  - Fotolar

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin ərazisində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, yanğın hadisəsi kollecin həyətindəki istifadə olunmayan tikililərdə baş verib. Həmin tikililərdə kollecdə məskunlaşmış məcburi köçkünlərin əşyaları toplanıbmış.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tural Hüseynli

Mənbə: qafqazinfo.az