İtaliyada aktiv “COVID-19” xəstələrinin sayı azalıb

İtaliyada aktiv “COVID-19” xəstələrinin sayı azalıb

İtaliyada aktiv koronavirus xəstələrinin sayı 39 min 893 nəfərdir.

REAL “CNN”ə istinadən xəbər verir ki, ötən gün ərzində ölkədə cəmi 318 yoluxma halı qeydə alınıb, 55 nəfər isə virusun qurbanı olub.

Ümumilikdə İtaliyada 233 min 515 nəfər koronavirusa yoluxub, 33,530 nəfər bu virusdan həyatını itirib.

Reanimasiyadakı xəstələrin sayı isə 408-ə bərabərdir.

Ölkədə bu xəstəliklə mübarizədə sağalan şəxslərin sayı ötən gün ərzində 1737 nəfər artaraq 160 092-yə çatıb.

Mənbə: www.realtv.az