Şəmkirdə baş verən qəzada ər və arvadı xəsarət alıb

Şəmkirdə baş verən qəzada ər və arvadı xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb.

Hərkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “Niva” markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1963-cü il təvəllüdlü Hümbətov Rafiq və onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Hümbətova Təranədir. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az