Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub öldü

Cəlilabad rayonunda yeniyetmə çayda boğulub.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.

Rayonun Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiyanın təsirlərinə məruz qalmış sahibkarlara əlavə vaxt verilib

SONRAKI XƏBƏR

“Roma” irqçiliyə etiraz etdi