Biləsuvar sakini bıçaqlanaraq qətlə yetirilib

Biləsuvar sakini bıçaqlanaraq qətlə yetirilib

Biləsuvarda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Biləsuvar şəhərindəki kafelərdən birində 1984-cü il təvəllüdlü Rəşad Rzayev qətlə yetirilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az