Komendant saatına baxmayaraq Nyu Yorkda etiraz aksiyaları davam edir

...Ənənəvi şüarlar səsləndirən izdiham, az sayda dükanların olduğu cənub Manhetten istiqamətində hərəkət edib

Afroamerikalı Corc Floydun öldürülməsindən sonra başlayan etiraz aksiyaları 20.00-dan tətbiq edilən komendant saatına baxmayaraq Nyu-Yorkun mərkəzində davam edir.

İnterAz bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Minlərlə insan Yunion meydanından yürüşə başlayıb. İzdihamlı kütləni hər iki tərəfdən polis əməkdaşı müşayiət edir. Dünənki gecədən fərqli olaraq heç kim binaların, mağazaların pəncərələri sındırmağa cəhd etməyib.

Ənənəvi şüarlar səsləndirən izdiham, az sayda dükanların olduğu cənub Manhetten istiqamətində hərəkət edib.

Nümayişçilərin əlində "Kimi qoruyursan, kimə qulluq edirsən?", "Qaradərililərin həyatı vacibdir", "Sükut zorakılığın üzərini örtür" şüarları yazılmış plakatlar var.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

Karantində toy və yas - Adətlər dəyişir?

SONRAKI XƏBƏR

Post-Amerika dövrü: Pandemiyadan sonra yeni dünya düzəni