Bakı sakinlərindən heroin tapıldı

Bakı sakinlərindən heroin tapıldı

Bakı sakinlərindən narkotik maddə aşkarlanıb.

Lent.az -ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 177 və 234-cü maddələri ilə məhkum olunmuş 46 yaşlı Telman Aydəmirovdan 0.351 qram heroin aşkar edilərək götürülüb.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş 37 yaşlı Rahib Əsədovun evindən 0.401 qram heroin aşkar edilib.

Mənbə: lent.az