Bu ölkədə karantin qaydalarına əməl etməyənlər öldürüldü

Keniyada da koronavirus təhlükəsi səbəbindən xüsusi karantin qaydaları tətbiq edilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu qaydaya əməl etməyən 15 nəfər isə polis tərəfindən öldürülüb. Eyni zamanda 31 vətəndaşa da bu səbəbdən işgəncə edildiyi bildirilib.

Sözü gedən ölkədə mart ayından etibarən polis barəsində 81 nəfər şikayət edilib. Qeyd edək ki, Keniyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 19:00-05:00 saatları arasında evdən çıxmaq qadağan edilib.

Ümumilikdə isə ölkədə 2 093 nəfər "Covid-19"a yoluxub, 71 nəfər isə bu səbəbdən dünyasını dəyişib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

ABŞ ölən cinayətkarın dəfninə hazırlaşır: Bayden də iştirak edəcək

SONRAKI XƏBƏR

UEFA prezidenti futbolçuların Corc Floyda dəstək olmalarından danışdı