Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 871 nəfərə çatıb

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 871 nəfərə çatıb

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 26 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 1 871 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən sutka ərzində 46 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 1 265 nəfər COVİD-19-dan sağalıb.

Mənbə: az.trend.az