Sumqayıtda qəzaya düşən hərbçi dünyasını dəyişdi

Sumqayıtda qəzaya düşən hərbçi dünyasını dəyişdi

Sumqayıtda baş vermiş yol qəzasında ağır xəsarətlər alan hərbi qulluqçu vəfat edib. Azvision.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu ötən gün dünyasını dəyişib. Mərhum hərbçi Sumqayıt şəhərində dəfn olunacaq.

Qeyd edək ki, mayın 26-sı səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu və 1 mülki şəxs həlak olmuşdu.

Mənbə: azvision.az