Ermənistanda etirazçılara qarşı əməliyyat - Saxlanılanlar var

Ermənistan polisi “Meymandar” bazarında xüsusi əməliyyat keçirib. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb və bazardan video yayımlayıb.

Əməliyyat nəticəsində saxlanılanlar var və onlar polis bölməsinə aparılıblar.

“Bazar bağlıdır. Gecə xüsusi əməliyyat keçirilib, dünənki hadisələrlə əlaqədar cinayət işi açılıb, saxlanılanlar var”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, bazarın bağlanmasına etiraz olaraq Ermənistanda dünəndən aksiyalar keçirilib. Satıcılar məhsulların xarab olacağını, banklara borcları olduğunu bildiriblər. Onlar, həmçinin əvvəlcədən bu barədə məlumat almadıqlarını deyiblər.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

IEA: Təbii yanacaq istehlakı üzrə subsidiyaların həcmi bu il 43% azalacaq

SONRAKI XƏBƏR

Azərbaycanda həkimlərin sayı açıqlanıb