Komendant saatını pozan 15 nəfər güllələndi

Keniyada polis yeni tip koronavirusla bağlı komendant saatına əməl etməyən 15 mülki sakini öldürüb.

Axar.az xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən Polisə Nəzarət Agentliyi məlumat yayıb.

Bildirilir ki, polis tərəfindən 31 dinc sakinə işgəncə verilib.

Agentlik məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Qeyd edək ki, ölkə üzrə pandemiyanın yayılmasının qarşısını almaq üçün 19:00-05:00 arası komendant saatı elan edilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Corc Buş: “Mən və həyat yoldaşım əzab çəkirik”

SONRAKI XƏBƏR

Koronavirusdan sağalanların sayı 3 milyonu keçdi