Uroloji Xəstəxanada da həkim koronoavirusa yoluxub

Uroloji Xəstəxanada da həkim koronoavirusa yoluxub

Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında xidmət göstərən həkimin koronavirusa yoluxduğu, bu səbəbdən də tibb ocağının fəaliyyətini dayandırdığı, bütün personalın karantinə alındığına dair məlumat yayılıb.

EDNews.net xəbər verir ki, məsələ ilə bağlı “Tibbi Ərazi İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, pandemiya dövründə hansısa xəstəxananın müvəqqəti bağlanması profilaktika məqsədi daşıyır:

“Xəstəxananın 3 gün, 1 həftəlik fəaliyyətini dayandırması mütləq orada kiminsə koronavirusa yoluxması faktı ilə bağlı deyil. Koronavirus dönəmində xəstəxanalarda profilaktika məqsədli dezinfeksiya işləri tez-tez, davamlı şəkildə aparılır və aparılacaq. Bunun üçün müvəqqəti olaraq xəstəxana bağlanır, profilaktika işləri həyata keçirildikdən sonra yenidən fəaliyyətini bərpa edir”.

TƏBİB rəsmisi Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında həkimin koronavirusa yoluxması faktı ilə bağlı məlumatlı olmadığını deyib.

Mənbə: ednews.net