Karantin rejimi yenidən sərtləşdirillir? - AÇIQLAMA

Karantin rejimi yenidən sərtləşdirillir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyunun 2-də 273 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı artma dinamikası davam etsə, karantin rejimi yenidən sərtləşməyə doğru gedə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, son həftələrin statistikası heç də ürək açan deyil: "Təəssüf ki, günlük yoluxanların sayı 250-ni keçir. Görünür bəzi insanlarımız hələ də koronavirusun necə təhlükəli bir xəstəlik olduğunu anlamır. Düşünürəm ki, yoluxanların dinamikası belə davam etsə, təbii ki, karantin rejimində yenidən sərtləşmələr qaçılmaz olacaqdır. Amma, əminəm ki, Milli Məclidə qəbul olunan inzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişiklik qüvvəyə minəndən sonra hamı tibbi maska taxacaq və yoluxmaların sayının azalmasına gətirib çıxaracaqdır. Görünür ki, mütləq inzibati cəza tətbiq olunmalıdır ki, biz qaydalara riayət edək".

Mənbə: sonxeber.az