Dünya şokda: COVİD-19-a görə polis 15 nəfəri güllələdi - Nazir açıqladı

Hüquq mühafizə orqanları COVİD-19 səbəbindən küçəyə çıxmamaq qadağasına əməl etməyən 15 mülki şəxsi öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə Kenyada baş verib.

Daxili İşlər naziri Anne Makori 15 mülki şəxsin polis tərəfindən güllələnməsini təsdiq edib.

Ölkədə 31 mülki insanın polis işgəncəsinə məruz qaldığını qeyd edən Makori əlavə edib ki, mart ayından bu yana polisə qarşı 81 şikayət qeydə alınıb.

Nazir əlavə edib ki, hadisəni araşdırmaq üçün xüsusi qrup yaradılıb.

Qeyd edək ki, Kenyada virusla əlaqədar olaraq axşam saat 19:00-dan səhər saat 05:00-a qədər küçəyə çıxmaq qadağandır.

Kenyada indiyə qədər 2100 nəfərdə COVİD-19 müəyyən edilib, 71 nəfər isə virusdan vəfat edib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

“Belə getsə...” – Koronavirusa yoluxan əməkdar artistin SON DURUMU

SONRAKI XƏBƏR

Yaponiyanın Baş Naziri tədris ilinin sentyabrda başlamasına dair plandan imtina edib