Evdən oğurluq edən erməni hərbçi saxlanıldı

Evdən oğurluq edən erməni hərbçi saxlanıldı

Ermənistanda 10 milyon pul vəsaiti və 3 milyon dram dəyərində qızıl-zinyət əşyaları oğurlamaqda şübhəli bilinən hərbçi saxlanılıb. Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, polis idarəsinin əməkdaşları alınan operativ məlumatlara əsasən, iyunun 1-də Vanadzor sakini 27 yaşlı Spiridon M.-nı "Opel" markalı avtomobilində saxlayıblar.

Həmin şəxs mayın 31-də evlərin birindən 10 milyon pul və 3 milyon dram dəyərində qızıl-zinyət əşyaları oğurladığını etiraf edib. Onun avtomobilində tapança aşkarlanıb. Həmin tapança onun xidmət yoldaşı, Vanadzor sakini 30 yaşlı Jirayr A-nın adına qeydə alınıb.

Spiridon M. Ermənistan ordusunun N saylı hərbi hissəsində komandirin köməkçisi-psixoloqdur. Jirayr A. isə hərbi hissələrin birində qrup komandiri kimi xidmət edir.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: azvision.az