Koronavirus İranı yenidən çənginə alıb

Koronavirus İranı yenidən çənginə alıb

3 İyun 2020, 14:54 | DÜNYA

Koronavirus İranı yenidən çənginə alıb

İranda koronavirusa (COVID-19) yoluxanların sayı durmadan artır.

Modern.az xəbər verir ki, ölkədə son sutkada daha 3134 nəfərdə infeksiya aşkarlanıb, 70 nəfər virusdan ölüb. Bir gün əvvəl isə yoluxma sayı 3117, ölü sayı 64 olmuşdu.

Bununla da İranda koronavirusa yoluxanların sayı 160 696-ya, pandemiya qurbanlarının sayı isə 8012-yə yüksəlib.

Qeyd edək ki, İran koronavirusa görə fövqəladə vəziyyət rejimini yumşaldan ilk ölkələrdəndir.

T.İSMAYIL

Mənbə: modern.az