İranın qərbində güclü zəlzələ olub

İranın qərbində güclü zəlzələ olub

İranın qərbində yerləşən İlam əyalətində 5 bal gücündə zəlzələ baş verib.

IRNA bu barədə Tehran Universitetinin Geofizika İnstitutundakı Seysmoloji Mərkəzə istinadla məlumat yayıb.

Episentri Salehabad şəhərində olan yeraltı təkanlar yerli vaxtla saat 12:46-da (Bakı vaxtı ilə 11:16 - red.) qeydə alınıb.

Zəlzələ ocağının yerin səthindən 11 km dərinlikdə olduğu bildirilir.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Mənbə: www.oxu.az