Fransa və Avstraliyada irqi ayrı-seçkiliyə qarşı nümayişlər başlayıb - VİDEO

Fransa və Avstraliyada irqi ayrı-seçkiliyə qarşı nümayişlər başlayıb - VİDEO

ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölməsi dünyanın bir çox yerlərində irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyalarının keçirilməsinə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, son vaxtlar qaradərililərə qarşı artan polis zorakılığı bu dəfə Avstraliya və Fransada qeydə alınıb. Parisdə Ədliyyə Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçirilib. Etiraz aksiyası vaxtı binada 2016-cı ildə Fransada polis tərəfindən öldürüldüyü iddia edilən qaradərili Adama Traorenin məhkəməsi keçirilib. Məhkəmə mərhumun bacısı Assanın müraciəti əsasında baş tutub. Aksiyanın keçirilmə səbəbi Traorenin ölümü və polis zorakılığı olub. Nümayişdə yüzlərlə insan iştirak edib. Bir qrup insan ətrafdakı zibil qutularını yandıraraq yararsız hala salıb. Polislə nümayişçilər arasında çaxnaşma yaşanıb. Aksiya iştirakçıları “Ədalət yoxdur, sülh yoxdur”, “Adama Traora üçün ədalət istəyirik” şüarları səsləndirib. Buna bənzər nümayişlər Marsel şəhərində də keçirilib.

Qeyd edək ki, Adama Traora 2016-cı ildə həbs edilərək polis məntəqəsinə aparıldığı vaxt polis maşınında dünyasını dəyişib. Polis gəncin ürək çatışmazlığından öldüyünü desə də, ailəsi bunu rədd edib.

Avstraliyada da bənzər hadisələr yaşanıb. Bir polis 16 yaşlı qaradərili yeniyetməyə badalaq verərək yerə yıxdıqdan sonra onun qollarının qandallayıb. Sidneydə baş verən bu hadisədən sonra istintaq işi başladılıb və polis patrulunun vəzifə səlahiyyətləri azaldılıb.

Hadisə 16 yaşlı yeniyetmə parkda dostları ilə birlikdə gəzərkən baş verib. Telefon vasitəsi ilə qeydə alınmış video sürətli şəkildə sosial şəbəkələrdə yayılmağa başlayıb. Həmin görüntülər ölkədə səs-küyə səbəb olub.

Ailə polisin hərəkətinə qarşı sərt münasibətini bildirərək, yeniyetmənin səbəbsiz yerə həbs edildiyini deyib. O, xəstəxanada müayinə olunduqdan sonra sərbəst buraxılıb.

Aygün Zayıdova

Mənbə: www.yeniavaz.com