Neftçalada yol qəzası: 2 nəfər xəsarət aldı FOTO

Neftçalada yol qəzası: 2 nəfər xəsarət aldı FOTO

Bu günorta saatlarında Neftçala rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, rayonun Kür Qarabucaq kəndi ərazisindəki körpünün yaxınlığında Neftçala rayon sakinlərinin idarə etdikləri "Toyota Prado" və VAZ-2115 markalı minik avtomobillərinin toqquşması nəticəsind VAZ-2115-də olan 2 nəfər- Neftçala rayonunun Qədimkənd kənd sakini 42 yaşlı Sadiq Məhəmməd oğlu Manafov və Birinci Qaralı kənd sakini 42 yaşlı Səməd Mirələkbər oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

 

Mənbə: virtualaz.org