Corc Floydun cənazə xərclərini MƏŞHUR BOKSÇU ödəyəcək - VİDEO

Corc Floydun cənazə xərclərini MƏŞHUR BOKSÇU ödəyəcək - VİDEO

Boks üzrə keçmiş dünya çempionu Floyd Meyvezer bir həftə öncə ABŞ-ın Minnesota ştatında kobud şəkildə həbs olunması nəticəsində dünyasını dəyişən qaradərili mühafizəçi Corc Floydun cənazə xərclərini öz boynuna götürüb.


BiG.AZ-ın euronews-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ mətbuatına onun nümayəndəsi Leonard Ellerbi məlumat verib.
Onun sözlərinə əsasən, boks ulduzu Corcun ailəsi ilə əlaqə saxlayaraq razılıqlarını alıb.
Xatırladaq ki, ABŞ-ın Minnesota ştatında polis dizlərini 46 yaşlı qaradərili mühafizəci Corc Floydun boğazına sıxıb saxladığı üçün o, boğularaq ölüb. Bu hadisə ABŞ və bütün dünyada etirazlara səbəb olub.
Natəvan Baxşiyeva

 

Mənbə: big.az