Lotu Qulinin qəddar düşməni AZADLIQDA - Azərbaycanlıdır

Lotu Qulinin qəddar düşməni AZADLIQDA - Azərbaycanlıdır

Kriminal aləmdə Albert Piterski və ya Albert Rıjiy kimi tanınan "qanuni oğru" Əli Heydərov azadlığa buraxılıb.

Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, Heydərov cəza müddətinin başa çatmasına 13 ay qalmış azad edilib.

Mariy El Respublikasının Medvedkovo rayon məhkəməsi onu həbsxanada özünü nümunəvi apardığına görə, azad edərək sərbəst buraxıb.

Ali Heydərov mərhum Rövşən Lənkəranskiylə dostluq əlaqələri ilə məşhur idi. O, Lotu Qulinin qəddar düşmənlərindən sayılır.

Mənbə: lent.az